
“Qarabağ”ın keçmiş futbolçusu 3-cü liqa klubunda
“Qarabağ”ın keçmiş futbolçusu Simeon Slavçev Polşanın 3-cü liqa klubu “Veçistu”ya keçib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.
30 yaşlı oyunçu yeni komandasında 88 nömrəli forma ilə çıxış edəcək.
2018 -2020-ci illərdə “Qarabağ”ın şərəfini qorumuş Slavçevin son klubu Polşa “Lexiya”sı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin