“Qarabağ”ın İsveçə səfər proqramı müəyyənləşib
UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin “Hakken” klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu bu gün saat 18:00-da İsveçə yola düşəcək.
Ağdam təmsilçisi orada “Scandic Opallen Hotel”də məskunlaşacaq. Oyunöncəsi son məşq oktyabrın 4-də baş tutacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubir mətbuat konfransına qatılacaqlar. Bundan 20 dəqiqə sonra isə komanda matçın oynanılacağı “Ullevi” stadionunda məşqə çıxacaq.
Oktyabrın 5-də keçiriləcək görüş saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin