“Qarabağ”ın istədiyi futbolçu “Fənərbaxça”dan ayrıldı
“Fənərbaxça” yarımmüdafiəçisi Alper Potukla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçunun 2022-ci ilin iyununda başa çatmalı olan müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Alper 2013-cü ildə “Əskişəhərspor”dan “Fənərbaxça”ya transfer olunmuşdu. İstanbul klubu onun keçidinə görə qarşı tərəfə 6 milyon 250 min avro, həmçinin iki futbolçusunu vermişdi.
Xatırladaq ki, “Qarabağ” qışda Alper Potuku transfer etmək istəmiş, ancaq maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün bu keçid reallaşmamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin