“Qarabağ”ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb

“Qarabağ”ın iki əməkdaşı – akademiya meneceri Nail Kərimov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb.

Komanda.az xəbər verir ki, Kərimov Futbol Menecmenti proqramını, Hacıyev isə İdman Biznesi (Marketinq və sponsorluq) proqramını tamamlayaraq magistr diploma sahib çıxıblar.

2023-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

Klubun tərəşdaşı olan “Johan Cruyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button