“Qarabağ”ın hücum futbolu oynadığını bilirəm” – Müsahibə

Fransanın “Marsel” komandasının baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis sabah Ağdam klubuna qarşı keçiriləcək matçla bağlı jurnalistlərin suallarını cavablandırıb:

  • “Klermon”la oyundan qabaq demişdiniz ki, “Marsel”in özünəməxsus oyunu olsun. Bu haqda fikriniz necədir?
  • Bu, yalnış fikirdir. Bir ilə yaxındır komandadayam. Mənim komandalarım eyni üslubda oynayıblar və buna sadiq qalıblar. Elə bir söz deməmişəm.
  • “Klermon”la oyunda məğlub oldunuz…
  • Başa düşürəm ki, 2 qol buraxdıq. Amma göstərdiyimiz oyun hesabda özünü əks etdirmir. Ən yaxşı oyunlarımızdan birini göstərdik. Təəssüf ki, bunu hesabda göstərə bilmədik.
  • “Klermon”la oyundan sonra bəzi oyunçular yorulmuşdu. Onların fiziki hazırlığı haqda fikriniz necədir?
  • Yorğunluğu anlayıram. Yorğunluğa baxmayaraq, ən yaxşı oyunçulara güvənəcəm. “Qarabağ”a qarşı çətin olacaq. Amma mərhələni keçməyə çalışacağıq.
  • Qurban Qurbanov bildirdi ki, “Qarabağ” hücum futbolu oynayacaq. “Marsel” müdafiədə oturacaq, yoxsa başqa planlarınız var?
  • Bilirəm, “Qarabağ” hücum futbolu oynayır. Bu klubda millidə oynayan futbolçular var. Rəqibin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə çalışacağıq.
  • “Lans” və “Anje” oyunlarındakı sisteminizi başa düşmədik. Bilmək istəyirdik ki, komanda bundan sonra hansı taktika ilə oynayacaq?
  • Komanda uduzanda və qalib gələndə hər kəs bunu özünəməxsus formada görür. Oyunu düzgün analiz etsək, görəcəyik ki, hər hansı böyük taktiki dəyişikliklər olmayıb. Həmişə eyni şeyi edib, uduzsaq, sizinlə razılaşarıq. Qələbə qazanıb, uduzanda hərə özünəməxsus şəkildə bunu görə bilər.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button