“Qarabağ”ın heyətində Portuqaliya təcrübəsi olan oyunçular var”
UEFA-nın rəsmi saytı Avropa Liqasının ilk pley-off mərhələsində “Braqa” ilə “Qarabağ” arasında keçiriləcək oyun haqda yazıb.
Komanda.az xəbər verir ki, Avropanın ali futbol qurumunun saytı bu iki komandanın dueli ilə bağlı bunları yazıb:
“2010/2011 Avropa Liqasının finalçısı “Braqa” bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində bir qələbə qazana bilmədi (bir heç-heçə, iki məğlubiyyət). Lakin nəzərə alsaq ki, rəqiblər “Napoli” və “Real”dır, onları bağışlamaq olar. 2008-ci ildən bu vəzifəni icra edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandası ilə sonuncu dəfə 2018-ci ilin sentyabrında “Sportinq”ə (0:2) uduzduğu vaxt Portuqaliyaya səfər edib. “Qarabağ”ın hazırkı heyətində Portuqaliya təcrübəsi olan çoxlu cənubi amerikalı oyunçular var”.
“Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.
Bizi Facebook-da izləyin