
“Qarabağ”ın futbolçusunun qələbədə payı olmadı
AÇ-2020-nin seçmə mərhələsinin 10-cu turunun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, 10-cu tur çərçivəsində “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan millisi evdə Çexiyanı 1:0 hesabı ilə məğlub edib.
Zədəsini sağaldan Slavçev oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Bolqarıstan millisi seçmə mərhələni 6 xalla tamamlayıb və 5 komanda arasında 4-cü olub. İngiltərə və Çexiya milliləri AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanan komandalar olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin