“Qarabağ”ın futbolçusunun iki urəyi var?
“Qarabağ”ın azarkeş səhifələrindən birində bu komandanın futbolçusu Faysal Rerrasla bağlı maraqlı paylaşım ediblər.
Komanda.az xəbər verir ki, məlumatda mərakeşli futbolçunun iki ürəyinin olduğu iddia olunub.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
“Faysal Rerrasın iki ürəkli olduğunu bilirdinizmi? Heç biz də bilmirdik, yenicə öyrəndik.
Mərakeşli futbolçu bugünlərdə Bakıda tibbi müayinədən keçərkən həkimlər onun 2 ürəyinin olmasını müəyyən ediblər. 26 yaşlı futbolçu indiyədək oynadığı komandalarda dəfələrlə tibbi müayinədən keçsə də, bu, aşkarlanmamışdı.
Bakıdakı son müayinədən sonra məlum olub ki, Faysalın sol ürəyi sağdakına nisbətən daha yaxşı inkişaf edib.
Ümumiyyətlə, 2 ürəyi olan insanlar digərlərinə nisbətən daha güclü və sağlam olurlar. Amma bəzi antropoloqların fikirlərinə görə, bu cür adamlarda digərlərinə nisbətən ürək-damar xəstəliklərinin yaranması riski daha çoxdur”.
Bizi Facebook-da izləyin