
“Qarabağ”ın futbolçusunun gerçəkləşən arzusu
“Qarabağ”ın futbolçusu Leandro Andrade Kabo-Verde milli komandasında debüt etməsi haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Andrade bu barədə “instaqram” hesabında paylaşım edib:
“Bu xalqı təmsil etməkdən qürur duyuram. Daha bir arzum gerçəkləşdi”.
Andrade Lixtenşteynlə yoxlama oyununun (6:0) 56-cı dəqiqəsində meydana daxil olub. O, milli komandaya “Qarabağ”a keçəndən sonra dəvət alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin