“Qarabağ”ın futbolçusundan 1 qol, 2 yubiley

“Qarabağ”ın futbolçusu Filip Ozobiç həm Misli Premyer Liqasında, həm də klubunda yubiley qoluna imza atıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri 9-cu tur matçında fərqlənməklə nail olub.

Özobiç çempionatda özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb.

Yarımmüdafiəçi Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.

Ozobiç Premyer Liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button