
“Qarabağ”ın futbolçusuna İngiltərə ilə oyunda şans verilmədi
Futbol üzrə Bolqarıstan yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi sözügedən komanda səfərdə İngiltərə yığması ilə qarşılaşıb.
Bolqarlar bu görüşdə böyük hesabla uduzublar – 0:4. Slavçev bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bolqarıstan yığması beş oyuna topladığı 2 xalla A qrupunda sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin