
“Qarabağ”ın futbolçusuna dəvət
“Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə dəvət olunub.
Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi martın 18-də Bolqarıstan millisinin düşərgəsinə qoşulacaq.
Bolqarıstan yığması AÇ-2020-nin seçmə mərhələsində, martın 22-də evdə Monteneqro və martın 26-da səfərdə Kosovoyla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin