“Qarabağ”ın futbolçusuna 4 oyunluq cəza, 3200 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan kubokunun 1\2 mərhələsinin cavab oyunu  olan “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun futbolçusu Markos Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Keşlə” – “Zirə” matçında  “Keşlə” klubunun futbolçusu Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer Liqanın 27-ci turunun “Sumqayıt” – “Sabah” matçında  “Sumqayıt” klubunun 5, “Sabah” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın 27-ci turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Birinci divizionun 25-ci turunun “Zaqatala” – “Neftçi-2” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+5-ci dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Stadionda radio məlumat olmadığına görə “Zaqatala” klubu 160 manat cərimə olunur.

Birinci divizionun 25-ci turunun “Sabah-2” – “Qarabağ-2” matçı “Qarabağ-2” komandası üzündən 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimə olunur.

Oyunun 90-cı dəqiqəsində “Sabah-2” klubunun baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

Birinci divizionun 25-ci turunun “Qaradağ Lökbatan” – MOİK matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 25-ci turunun “Zirə-2” – “Sumqayıt-2” matcının 80-cı dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Müşfiq İlyasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 25-ci turunun “Turan Tovuz” – “Səbail-2” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 16-cı dəqiqəsində “Səbail-2” klubunun futbolçusu Hikmət Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə “Turan Tovuz” klubu 80 manat cərimə olunur. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button