“Qarabağ”ın futbolçusu üçün yeni baş məşqçi
Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi bu komanda Krasimir Balakova tapşırılıb. Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Balakov bu vəzifədə Petar Hubçevi əvəzləyib.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis Bolqarıstan millisində 92 oyun keçirib və 16 qol vurub. O, yığma ilə 1994-cü ildə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin