“Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal – VİDEO
Futbol üzrə Bolqarıstan yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Simeon Slavçevin formasını geyindiyi sözügedən komanda ikinci tur çərçivəsində səfərdə Kosovo ilə qarşılaşıb.
A qrupu çərçivəsində baş tutan oyunda qalib müəyyənləşməyib – 1:1.
Slavçev də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sonadək mübarizə aparıb. O, 36-cı dəqiqədə sarı vərəqə də alıb.
Bolqarıstan yığması iki turdan sonra 2 xalla qrupunda ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin