“Qarabağ”ın futbolçusu Türkiyə klubu ilə anlaşıb
“Qarabağ”ın futbolçusu Hamidu Keyta Türkiyə klubuna keçməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Halil Yılmazer paylaşım edib.
Onun sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını “Konyaspor”da davam etdirəcək.
Fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb. Super Liqa təmsilçisi onunla iki illik müqavilə imzalayacaq.
Keyta 2023-cü ildə “Zirə”dən “Qarabağ”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin