“Qarabağ”ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Qarabağ”ın əlcəzairli futbolçusu Yasin Benzia bu yay komandasını dəyişə bilər.

Komanda.az “africasoccer.com”-a istinadən xəbər verir ki, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var ki, bu da ona daha sərfəli müqavilə vəd edir. Həmçinin, onun milli komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə millidəki mövqeyini möhkəmləndirəcəyi də qeyd edilir.

Benzianın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl futbolçunun özü bildirmişdi ki, klubla əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button