“Qarabağ”ın futbolçusu Qazaxıstan klubu ilə anlaşdı

“Qarabağ” klubunun qapıçısı Emil Balayev karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır. 

Komanda.az xəbər verir ki, bu barədə “meta-ratings.kz” saytı məlumat yayıb. 27 yaşlı futbolçu Qazaxıstanın “Turan” klubu ilə razılığa gəlib. Tərəflərin yaxın vaxtda rəsmi müqavilə imzalayacağı bildirilib. 

Emilin “Turan”a keçidinə “Qarabağ” da razıdır. Onun Ağdam klubu ilə sözləşməsinin müddəti cari mövsümün sonuna qədərdir. 

Emil Balayev “Turan”ın hazırkı baş məşqçisi Vladimir Qazzayevin rəhbərliyi altında 2019-cu ildə “Tobol”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button