
“Qarabağ”ın legionerinə milli dəvət
“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər kubokunun seçmə mərhələsində Kamerun və Mozambik ilə oyunlar üçün milliyə çağırılıb.
Kabo-Verdenin Kamerunla oyunu martın 22-də, Mozambiklə matçı isə 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin