“Qarabağ”ın futbolçusu oynamadı, komandası 1/4 finala çıxdı

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ötən gecə daha iki görüş baş tutub.

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması Mavritaniya ilə qarşılaşmadan qalib ayrılmaqla 1/4 finala yüksəlib. Patrik bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Meydan sahibi Fil Dişi Sahili isə Seneqalla oyunu penaltilərə qədər daşıyıb və yekunda qalib gəlib.

Afrika Millətlər Kuboku, 1/8 final

27 yanvar

Anqola – Namibiya 3:0
Qollar: Jelson Dala, 38; 42. Mabululu, 66.

Nigeriya – Kamerun 2:0
Qollar: Lukman, 36; 90.

28 yanvar

Ekvatorial Qvineya – Qvineya 0:1
Qol: Bayo, 90+8.

Misir – Konqo DR 1:1 (penaltilər 7:8)
Qollar: M.Məhəmməd, 45+1-pen – Elia, 37.

29 yanvar

Kabo Verde – Mavritaniya 1:0
Qol: R.Mendes, 88-pen.

Seneqal – Fil Dişi Sahili 1:1 (penaltilər 4:5)
Qollar: Diallo, 4 – Kessye, 86-pen.

30 yanvar

21:00. Mali – Burkina Faso
00:00. Mərakeş – Cənubi Afrika

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button