“Qarabağ”ın futbolçusu Nigeriyaya qarşı 66 dəqiqə oynadı
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, o, DÇ-2022-nin Afrika üzrə seçmə mərhələsi çərçivəsində Nigeriya ilə oyunun iştirakçısı olub.
Kabo-Verde yığması səfərdə baş tutan bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. “Qarabağ”ın futbolçusu start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəz edilib.
Kabo-Verde yığması qrup mərhələsini 11 xalla 2-ci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin