“Qarabağ”ın futbolçusu mükafatlandırıldı

Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsi çərçivəsində dekabr ayının ən yaxşı qolunun müəllifini mükafatlandırıb.

Komanda.az xəbər verir ki, bu ada “Qarabağ”ın futbolçusu Toral Bayramov layiq görülüb.

Ona Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün “Şamaxı” ilə görüşdən əvvəl mükafat təqdim olunub.

Mükafatı Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button