“Qarabağ”ın futbolçusu millidən kənarda qaldı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.

U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button