“Qarabağ”ın futbolçusu millidə qol vurdu
Futbol üzrə Haiti yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi sözügedən komanda Qayana ilə qarşılaşıb.
Görüş Haitinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunu da Donald vurub. O, 29-cu dəqiqədə fərqlənib.
Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq “Gold Cup” turnirinə hazırlaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin