Mahirin “Legiya”ya keçidinin detalları bilindi – illik nə qədər qazanacaq?
“Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Polşanın “Legiya” klubunda davam etdirəcək.
Komanda.az xəbər ki, 24 yaşlı hücumçu Varşava təmsilçisi ilə razılıq əldə edib. Bu barədə ispan jurnalist Qonsales Agilera “tvitter” hesabında məlumat yayıb. O, Mahirin “Legiya” ilə 3 illik müqavilə imzalayacağını və Polşa klubunda illik 450 min avro qazanacağını bildirib.
Mahirin keçidinin yaxın zamanda rəsmən açıqlanması gözlənilir.
Mahir Emreli 2015-ci ildən “Qarabağ”ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi iyunun sonuna qədərdir. Emreli Premyer Liqada 18 qolla bombardirlik yarışında ikinci olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin