Mahir Emreli ən yaxşı bombardirlər arasında

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinin ən yaxşı 50 bombardiri siyahısına daxil olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, o, buna qol sayını 43-ə çatdırmaqla imza atıb. Premyer Liqanın 2020/21 mövsümünün ilk turunun “Sabah”la görüşündə (2:0) dubl müəllifi olan hücumçu öncə 42-ci, ardınca 43-cü qolunu vurub.

Emreli buna 120-ci oyununda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayevlə Branimir Subaşiçi, həmçinin bunadək eyni sayda fərqləndiyi Baqali Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.

Bütün qollarını “Qarabağ”da vuran Emreli Premyer Liqada 2014/15 mövsümündə “Bakı”nın heyətində debüt edib.

Bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button