“Qarabağ”ın futbolçusu karyerasının ağır dövrünü yada saldı
“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov karyerasının çətin dövründən danışıb.
Komanda.az “Sport-express”-ə istinadən xəbər verir ki, 32 yaşlı qolkiper “Bayer”də çıxış edərkən zədə problemi yaşadığını bildirib:
“Buna Lunyovun dirçəlişi deyə bilmirəm. Çünki külə çevrilməmişdim. “Bayer”də çıxış edəndə zədə problemi yaşadım. Rəqib güclü olanda klub ona daha çox inanır. Sonra “Qarabağ”da çıxış etmək variantı oldu. Burada oynamağa çalışıram”.
Andrey Lunyov cari mövsümdə “Qarabağ”la Azərbaycan çempionu olub. O, 26 matçda 35 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin