“Qarabağ”ın futbolçusu: “İstənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik”

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Avropa Liqasında Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, monteneqrolu futbolçu sabah böyük kluba qarşı oynayacaqlarını bildirib:

“Motivasiya yüksəkdir. Hər birimiz yaxşı nəticə əldə etmək niyyətindəyik”.

Yankoviç rəqibin güclü olduğunu deyib:

“Futbolun gözəlliyi ondadır ki, hansısa bir nəticə qeydə alına bilər. Keçmişdəki matçlar göstərir ki, istənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik. Sabah qalib gələ və ya məğlub da ola bilərik”.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button