“Qarabağ”ın futbolçusu İkinci Liqa komandasına buts və əlcək hədiyyət etdi
Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin İkinci Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.
Komanda.az xəbər verir ki, bu barədə “Kür-Araz”ın “İnstagram” səhifəsindəki paylaşımında qeyd olunub.
Bildirilib ki, 26 yaşlı müdafiəçi İmişli komandasının futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib. Buna görə rəhbərlik Mustafazadəyə minnətdarlığını bildirib.
Xatırladaq ki, Bəhlulun atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin