Ozobiç Azərbaycan millisini seçməsinin səbəbini açıqladı
“Qarabağ”ın futbolçusu Filip Ozobiç Xorvatiya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “Sportske Novosti” nəşrinə danışan 30 yaşlı yarımmüdafiəçi, FİFA-nın onun Azərbaycan millisində oynamasına icazə verməsi ilə bağlı bunları deyib:
“Baş məşqçi Canni De Byazi mənə zəng vurdu və FİFA-dan yaşıl işıq aldığımı, artıq Azərbaycan millisinin oyunçusu olduğumu söylədi. Məni təbrik etdi. Ona komandaya fayda vermək üçün əlimdən gələni edəcəyimə söz verdim.
De Byazi ilə yazda tanış olmuşam. Əvvəldən bəri məni komandasında istəyirdi və daha sonra mənimlə bağlı planları haqda danışdıq. Onun fikirlərinə hörmətlə yanaşıram”.
Ozobiç, Azərbaycan milli komandasını seçməsinin səbəbini belə izah edib:
“Xorvatiya milli komandasında oynamaq şansım olmayacaqdı, bunu qəbul edirəm. Realistəm. İki seçimim var idi: ya milli səviyyəsində futboldan imtina etmək, ya da Azərbaycan yığmasında oynamaq”.
Filip Ozobiç 2016-cı ilin iyulunda Xorvatiyanın “Slaven” klubundan “Qəbələ”yə keçib. Xorvat futbolçu iki il “qırmızı-qaralar”da forma geyindikdən sonra – 2018-ci ilin yayında “Qarabağ”a keçib.
Bizi Facebook-da izləyin