“Qarabağ”ın futbolçusu: “Əlimizdən gələni edəcəyik ki, qalib gələk”

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, oyundan əvvəl “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə mətbuat konfransında iştirak edib. O, Bakıdakı görüşdə də qələbə qazanacaqlarına inandığını bildirib:

“Bu oyunun mahiyyətinin bütün futbolçular olaraq fərqindəyik. Komanda şəklində əlimizdən gələni edəcəyik ki, qalib gələk. Bu, azərbaycanlı furbolçu üçün bu böyük uğurdur. Artıq təcrübəliyik. Bu oyunlara artıq daha sakit yanaşırıq. Sabahkı oyunda daha ağıllı, soyuqqanlı davranmağa çalışacağıq”.

“Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də başlayacaq. Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button