“Qarabağ”ın futbolçusu “Ferents Puşkaş” mükafatına namizəddir
“Qarabağ”ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin “Ferents Puşkas” mükafatına namizəd olub.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzair millisi ilə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FİFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.
Oyun 3:3 hesabı ilə başa çatıb. Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin