“Qarabağ”ın legioneri Avropa klublarının hədəfində
“Qarabağ”ın futbolçusu Faysal Rerras Ağdam təmsilçisindən ayrıla bilər.
Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə bir neçə Avropa klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, İtaliyanın B Seriyasından “Benevento”, “Krotone”, Fransanın Liqa 2-sindən “Lans” və Türkiyə Super Liqasından “Rizəspor”un Rerrasla yaxından maraqlandığı bildirilir.
“Qarabağ”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Rerrarsın Ağdam klubundan ayrılacağı və karyerasına İtaliyada – “Benevento”da davam edəcəyi vurğulanıb.
“Benevento” hazırda B Seriyasında 20 turdan sonra 47 xalla liderdir.
2019-cu ilin yayında “Qarabağ”la iki illik müqavilə imzalayan Rerras, bu mövsüm Azərbaycan Premyer Liqasında 6 oyuna çıxıb.
Bizi Facebook-da izləyin