Qazaxıstan klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

“Qarabağ”ın futbolçusu Emil Balayev karyerasını Qazaxıstanda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 27 yaşlı qapıçı ilə “Aktobe” klubu yaxından maraqlanır. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Xəbərdə, “Aktobe”nin Balayevə rəsmi təklif göndərdiyi bildirilib.

“Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin sıradan çıxmasının Emilin “Aktobe”yə keçidinə əngəl olduğu qeyd olunub. Qazaxıstan təmsilçisi azərbaycanlı qapıçının durumunu yaxından izləyəcək və digər namizədlərlə də danışıqlar aparacaq.

Emil Balayev 2019-cu ilin yanvarından 2020-ci ilin martına qədər Qazaxıstanın “Tobol” klubunda çıxış edib.

“Transfermarkt”da 500 min avro qiyməti olan qapıçı bu mövsüm “Qarabağ”la 5 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button