“Qarabağ”ın futbolçusu Çiliyə qarşı 88 dəqiqə oynadı
Futbol üzrə Haiti yığma komandası yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi sözügedən komanda Çili ilə qarşılaşıb. Görüş Geryenin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Gerye da bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.
Haiti millisinin “Neftçi”də forma geyinən digər üzvü Soni Mustivar isə bu görüşün iştirakçısı olmayıb. Buna səbəb onun bir neçə gün öncə milli komandanın düşərgəsində zədələnməsidi. Mustivar məşq zamanı, komanda yoldaşı ilə toqquşma nəticəsində sıradan çıxıb. 29 yaşlı futbolçunun sağ dizinin iç bağlarının qırıldığı məlum olub. Bu üzdən də o, 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq “Gold Cup” turnirinə hazırlaşır.
Bizi Facebook-da izləyin