
“Qarabağ”ın futbolçusu Belçika klubunun hədəfindədir
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov Belçika klubunun maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, söhbət bu ölkənin tanınmış “Standard” (Lyej) klubundan gedir.
Belçikanın “voetbalprimeur.be” saytı dərc etdiyi yazıda bu məsələyə ətraflı toxunub. Yazıda qeyd edilir ki, “Standard” azərbaycanlı futbolçu üçün təklif verməyə hazırlaşır.
Lyej təmsilçisi son mövsümü Belçika yüksək liqasında 7-ci yerdə başa vurub.
Yazıda deyilir ki, “Standard” bu yay böyük bir dəyişiklik etmək istəyir ki, yenidən yüksək pillələrə doğru baxa bilsin. Bunun üçün isə klub dünyanın hər yerində, o cümlədən Azərbaycanda mümkün gücləndirmələr axtarır.
24 yaşlı Toral Bayramov “Qarabağ”la artıq beş dəfə Azərbaycan çempionu olub. Bundan əlavə, iki dəfə ölkə kubokunu da qazanıb. Milli komandada isə 32 oyun keçirib.
Bizi Facebook-da izləyin



