“Qarabağ”ın futbolçusu avrokuboklarda 100-ə çatıb

“Qarabağ”ın futbolçusu Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0) təsadüf edib.

O, qitə kuboklarında 2018-ci ildə debüt edib. Zubir avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib.

Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb. O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir.

Zubir Azərbaycan klublarının heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button