
“Qarabağ”ın futbolçusu: “Atletik”lə oyun haqda: “…bu, məğlubiyyət sayılmır”
“Qarabağ”ın futbolçusu Leandro Andrade Çempionlar Liqasında “Atletik”ə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi “instaqram” hesabında paylaşım edib. O, məğlubiyyətdən dərs çıxaracaqlarını bildirib:
“Bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır”.
“Qarabağ” səfərdə rəqibinə 1:3 hesabı ilə uduzub. “Köhlən atlar”ın yeganə qoluna 1-ci dəqiqədə Leandro Andrade imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



