Fransa klubunun prezidenti Azərbaycana gəldi – “Qarabağ”ın yarımmüdafiəçisi üçün
“Qarabağ”ın futbolçusu Abdullah Zubir karyerasını Fransada davam etdirə bilər.
Komanda.az “letelegramme.fr” saytına istinadən xəbər verir ki, mərakeş əsilli yarımmüdafiəçi “Genqam” klubunun diqqət mərkəzinə düşüb. Liqa 2 təmsilçisinin prezidenti Bertrand Desplat və klubun baş meneceri Stefan Karnotun Zubirin transferini həll etmək üçün Bakıya gəldikləri bildirilir.
2018-ci ilin iyulunda “Lans”dan “Qarabağ”a keçən Zubirin Ağdam təmsilçisi ilə olan müqaviləsi 2020-ci ilin yayında bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin