“Qarabağ”ın futbolçusu 100-ə çatdı
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 24-cü turunun “Sumqayıt”la matçında gerçəkləşib.
Start heyətində meydana çıxan milli üzvü sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019/20 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.
“Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin