
“Qarabağ”ın futbolçularına milli komandalardan dəvət
“Qarabağ” klubunun legioner futbolçuları milli komandalara dəvət alıblar.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.
Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.
Daha əvvəl qapıçı Luka Quqeşaşvili Gürcüstan yığmasından dəvət almışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin