“Qarabağ”ın Finlandiyaya səfər proqramı bilindi

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda HJK klubunun qonağı olacaq “Qarabağ” avqustun 16-da saat 11:00-da Finlandiyaya yollanacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun avqustun 16-da saat 20:15-də mətbuat konfransı başlayacaq.

Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə saat 20:30-da matçın oynanılacağı “Bolt Arena”da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button