
“Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının başlama saatı məlum oldu
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı məlum olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avqustun 19-da səfərdə Macarıstan təmsilçisi “Ferentsvaroş”a qarşı keçirəcəyi ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma isə saat 20:45-də başlayacaq.
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya”, “Ferentsvaroş” isə Bolqarıstanın “Ludoqorets” komandasını mübarizədən kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin