“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.
Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 33-cü turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, mayın 6-da keçirməyəcək.
32-ci turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, “köhlən atlar”ın bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.
“Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin