
“Qarabağ”ın daha bir legionerinə milli komandadan dəvət
“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Komanda.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Liberiyaya qarşı keçiriləcək 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya çağırılıb. Oyunlar oktyabrın 7-də və 10-da olacaq.
“Qarabağ”da daha əvvəl Marko Veşoviç Monteneqro millisinə çağırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin