“Qarabağ”ın ÇL matçından əvvəl bəzi tribunalara işğaldan azad olunmuş şəhərlərin adları verilib

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib.

Bu barədə Komanda.az-a klubdan məlumat verilib.

Tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara işğaldan azad olunmuş şəhərlərin (Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi) adları veriib.

“Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button