“Qarabağ”ın ÇL-dəki rəqibi dəqiqləşdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi “Şelburn”dur.

1-ci təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın “Linfild” kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.

Qitənin ən nüfuzlu klub turnirində 2-ci təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button