“Qarabağ”ın Çexiya klubu ilə oyun saatı açıqlandı

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşması iyulun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın “Universitatya” klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri iki gün öncə də Rusiya “Ufa”sına 2:1 hesabıyla qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button