“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsini keçəcəyi təqdirdə, 3-cü mərhələdəki potensial rəqibləri məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2-ci mərhələdə İrlandiyanın “Dandalk” klubunu mübarizədən kənarlaşdırsa, səpələnməmişlər səbətində yer alacaq.

“Qarabağ” “Dandalk” ilə ilk oyununu səfərdə keçirəcək. Qarşılaşma iyulun 24-də, saat 22:45-də olacaq.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 22-də, İsveçrənin Nyon şəhərində keçiriləcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər
“Ayaks” (Hollandiya)
“Seltik” (Şotlandiya) – “Nımme Kalyu” (Estoniya) cütünün qalibi
“Kopenhagen” (Danimarka) – TNS (Uels) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan) cütünün qalibi
BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi
APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi

Səpələnməmişlər
PAOK (Yunanıstan)
“Dandalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi
“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi
“Makkabi” (Tel-Əviv, İsrail) – “CFR Kluj” (Rumıniya) cütünün qalibi
“Ferentsvaroş” (Macarıstan) – “Valetta” (Malta) cütünün qalibi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button