Çempionlar Liqası: 2-ci təsnifat mərhələsinin püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. “Köhlən atlar” 1-ci təsnifat mərhələsində Polşa “Lex”ini keçərsə, növbəti mərhələdə İsveçrə “Sürix”i ilə görüşəcək.

Qalan digər cütlər belə müəyyənləşib:

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Çempionlar Yolu

“Tobol” (Qazaxıstan) / “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) / “Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) / “Linkoln” (Cəbəllütariq)
“Lex” (Polşa) / “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
HJK (Finlandiya) / RFŞ (Latviya) – “Viktoriya” (Çexiya)
TNS (Uels) / “Linfild” (Şimali İrlandiya) – “Bude Qlimt” (Norveç) / “Klasksvik” (Farer adaları)
“Balikani” (Kosovo) / “Jalgiris” (Litva) – “Malmö” (İsveç) / İlkin mərhələnin qalibi
“Ludoqorets” (Bolqarıstan) / “Sutyeska” (Monteneqro) – “Şemrok Rovers” (İrlandiya) / “Hibernians” (Malta)
“Maribor” (Sloveniya) / “Şaxtyor” (Soliqorsk, Belarus) – “Zrinski” (Bosniya və Herseqovina) / “Şerif” (Moldova)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan)
“Pünik” (Ermənistan) / ÇFR (Rumıniya – “Düdelanj” (Lüksemburq) / “Tirana” (Albaniya)

Liqa yolu

“Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbaxça” (Türkiyə)
“Midtülland” (Danimarka) – AEK (Kipr)

2-ci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button